Melvin Platye: Neftçiyə qayıtmağı çox istərdim
4 may 2016 15:30
Almaniyanın "Hanza" klubunun hollandiyalı hücumçusu Melvin Platye yenidən "Neftçi"yə qayıtmaq istəyindən söz açıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İndi "Hanza"dayam. Azərbaycandan heç bir təklif almamışam. Amma "Neftçi"dəki işlərin necə getdiyi ilə maraqlanıram. Çünki vaxtilə bu komandada çıxış etmişəm. Hətta oradan ayrılandan sonra da Karlos Kardoso, Ernest Nforla əlaqələrim var. Digər legionerlərlə də komanda barədə söhbətimiz olur. Düzünü deyim ki, "Neftçi"yə qayıtmağı çox istəyirəm. Amma mənim "Hanza" ilə müqaviləm var".