Roman Qriqorçuk: Finala çıxacağımıza inanırıq
4 may 2016 15:00
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri cavab matçı (ilk oyun - 1:1) öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Aydın məsələdir ki, hər iki komanda finala yüksəlməyə köklənib. Hamı finalın nə olduğunu yaxşı başa düşür. Gərgin oyun olacağına şübhəm yoxdur. Oyun azarkeşlərin də xoşuna gəlməlidir. "Neftçi"yə qarşı ardıcıl bir neçə oyun keçirməyimizdə problem görmürəm. Çünki belə qrafikin də öz maraqlı cəhətləri var. Finala çıxacağımıza inanırıq. Hədəfimizə çatmağa borcluyuq".