Vəli Qasımov: Qəbələdə hücum futbolu sərgiləyəcəyik
4 may 2016 13:30
"Neftçi"nin baş məşqçisi Vəli Qasımov Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Eyni rəqibə qarşı qısa müddət ərzində ardıcıl oyunlar keçirmək ağırdır. Amma təqvim belədirsə, nə edə bilərik? Rəqibimiz güclü komandadır. Keyfiyyət və təcrübə baxımından bu komanda bizi üstələyir. Amma "Qəbələ"ni keçmək üçün meydanda var gücümüzü qoymağa çalışacağıq. İlk oyundan sonra üstünlüyün rəqibdə olduğunu da bilirik. Bütün bunları nəzərə alıb, hücum futbolu sərgiləyəcəyik".