"Bakıda Renat Dadaşova böyük maraq var"
4 may 2016 12:45
Almaniyanın U-17 yığmasının baş məşqçisi Mikael Şonvayts sabah Bakıda start götürəcək AÇ-2016 öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Azərbaycanda olmaqdan məmnunuq. Bizi burada yaxşı qarşıladılar. Renat Dadaşova burada böyük maraq var. Bu da normaldır. Çünki o, azərbaycanlıdır. Amma bu, onun Almaniya yığmasının oyunlarına köklənməsinə mane olmur. Ona inanıram və nəyə qadir olduğuna bələdəm. Bilirəm ki, bizə köməyi dəyəcək".