Renat Dadaşov: Bakı həm mənim, həm də komanda yoldaşlarımın xoşuna gəldi
4 may 2016 00:35
Almanya yığmasının hücumçusu Renat Dadaşov Bakıda keçiriləcək 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasındakı Avropa çempionatı ilə əlaqədar Azərbaycana səfər etmələrindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bakı mənim çox xoşuma gəldi. Əvvəllər də burada olmuşam. Amma şəhər indi daha da gözəl olub. Almaniya yığmasında atmosfer yaxşıdır. Uşaqlar da Bakını bəyəndilər. Hazırda bütün diqqətimiz çempionata yönəlib. Burada uğur qazanmaq istəyirik".
Dadaşov bəyan edib ki, doğmaları onu Bakıda da diqqətdən kənarda qoymayıblar: "Bakıya gələn gündən qohumlarım məskunlaşdığımız otelə gəlirlər. Biz çoxdan idi görüşmürdük. Sağ olsunlar ki, mənimlə görüşməyə gəlirlər".