Zaur Svanadze: Cavab matçına ehtiyat qüvvəni buraxacağıq
3 may 2016 17:40
"İnter"in baş məşqçisi Zaur Svanadze Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab matçı (ilk oyun - 0:4) öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"0:4-dən sonra Azərbaycan Kubokunda heç bir hədəfimiz qalmayıb. Bizim finala çıxmaq şansımız qalmayıb. Xüsusilə də Rauf Əliyevlə Zurab Xizanişvilini itirdikdən sonra buna ümid etməyə dəyməz. Buna görə də digər futbolçularımıza özlərini göstərmək imkanı verəcəyik. Topaz Premyer Liqasının 33-cü turu çərçivəsindəki oyuna hazırlaşacağıq. Qoy əsas heyətin bəzi üzvləri istirahət etsinlər".