Mirzəbəyov: Neftçi ilə 3-cü oyunda ən yaxşısına ümid edirik
3 may 2016 16:40
"Qəbələ"nin müdafiəçisi Məhəmməd Mirzəbəyov Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri cavab matçı (ilk oyun - 1:1) öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Neftçi" ilə son iki oyunumuzda qələbəni elə ilk hissədəcə təmin etməliydik. Amma üstünlüyümüzü qorumaq, daha da möhkəmləndirmək əvəzinə, öz qapımızda qollar gördük. Cavab matçında müdafiədə maksimum diqqətli olmalı və ələ düşən qol şanslarından yararlanmalıyıq. "Neftçi" ilə üçüncü oyunda ən yaxşısına ümid edirik".