Rahid Əmirquliyev: Həkim indiki vəziyyətimdən razı qaldığını bildirdi
3 may 2016 16:20
"Qarabağ"ın yarımmüdafiəçisi Rahid Əmirquliyev bərpa prosesinə dair fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hazırda Münhendəyəm. Bərpa prosesi həkimlərin nəzarəti altında davam edir. Həkim ayağıma baxdı və bildirdi ki, hər şey yaxşıdır. Vəziyyətimdən razı qaldı. Daha üç həftə Almaniyada qalacağam. Bakıya mayın 22-də qayıdacağam".
Qeyd edək ki, Rahid martın 2-də "Sumqayıt"a qarşı kubok oyununda zədələnmişdi.