Divizion klublarının da cəzası bilindi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 24-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Bakılı” - “Şahdağ” matçının 11-ci dəqiqəsində “Şahdağ”ın futbolçusu Vüsal Səfərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Energetik” - “Bakı” matçının 45-ci dəqiqəsində “Energetik”in futbolçusu Etibar Alıyev və “Bakı”nın futbolçusu Müşfiq İlyasov rəqibi təhqir etdiklərinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər ikisi 3 oyun cəzalanıb, klubları 200 manat cərimə olunub. Oyunun 45-ci dəqiqəsində “Energetik”in futbolçusu Zamir Cəlilov aqresiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalanıb, klubu 400 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində “Bakı”nın futbolçusu Qeyrət Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.