Bakıda KİV üçün seminar keçirildi
2 may 2016 20:30
Bu gün Bakı Olimpiya Stadionunda UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turnirində fəaliyyət göstərmək məqsədilə akkreditasiyadan keçmiş KİV nümayəndələri üçün seminar keçirilib. Azerisport.az xəbər verir ki, turinrin UEFA media direktoru Taras Mukovoz və UEFA-nın məlumat mübadiləsi üzrə mütəxəssisi Yevgeni Ravdinin rəhbərliyi ilə keçirilmiş seminarda jurnalistlərə UEFA U-17 Avropa çempionatının Əsasnaməsinin mətbuatla bağlı maddələri şərh olunub, suallar cavablandırılıb. (AFFA)