Neftçi Qəbələdə qaldı
2 may 2016 18:45
"Neftçi" Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində qarşılaşdığı "Qəbələ" ilə səfər oyunundan sonra Bakıya qayıtmayıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu daha üç gün Qəbələdə qalacaq.
Çünki "ağ-qaralar" mayın 4-də "Qəbələ" ilə kubokun cavab yarımfinal matçına çıxacaq. Tərəflər arasındakı ilk oyun 1:1 hesabıyla bitib.
"Neftçi"nin heyətində itki yoxdur. Amma Premyer Liqanın 33-cü turu çərçivəsində AZAL-a qarşı oyunda Ruslan Qurbanovla Rahil Məmmədov cəzalı olduğu üçün meydana çıxa bilməyəcək.