Portuqaliyanın baş məşqçisi: Öncə Azərbaycanla oyun haqda düşünürük
2 may 2016 16:20
Bakıda təşkil olunacaq 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasındakı Avropa çempionatında Azərbaycan millisi ilə eyni qrupda yer alan Portuqaliya komandasının baş məşqçisi Eliu Souza turnirin startı öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:
"Öncə Azərbaycanla oyun haqda düşünməliyik. Çünki biz startda bu komanda ilə qarşılaşacağıq. Daha sonra isə Şotlandiya ilə görüşə köklənəcəyik. Hazırda biz Avropanın ən yaxşı komandası səviyyəsindəyik. AÇ-də bunu bir daha isbatlamalıyıq. Finala çıxmaq üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, Azərbaycanın qrupunda Portuqaliya ilə yanaşı, Şotlandiya və Belçika da var. AÇ-nin oyunları 5-21 may aralığında keçiriləcək.