Rauf Əliyev: Başımda bir az ağrı var, ciddi bir şey yoxdur
2 may 2016 15:40
"İnter"in hücumçusu Rauf Əliyev Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunda aldığı ağır zədədən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İndi hər şey normaldır. Ciddi bir şey yoxdur. Bir az başım ağrıyır. Düzünü deyim ki, heç toqquşma anını xatırlamıram. Əsas odur ki, komandamız bu oyunda xal qazandı. Mənim vəziyyətim də normaldır. Bu gün xəstəxanadan evə buraxıldım".