Rauf Əliyevlə bağlı son məlumat
2 may 2016 13:00
Məlum olduğu kimi, Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində mayın 1-də keçirilən "Sunqayıt"la matçda “İnter”in hücumçusu Rauf Əliyev ciddi zədə almışdı. Azerisport.az xəbər verir ki, həkim müayinəsi zamanı onun həyatı üçün təhlükə olmadığı müəyyən edilib.
Ötən günü xəstəxanada keçirən Rauf Əliyev artıq evə buraxılıb və müalicəsini ambulator şəraitdə davam etdirəcək.
Nəticə barədə əlavə məlumat veriləcək. (klub saytı)