Vüqar het-trikə, Orxan dubla imza atdı
Futbol üzrə Latviya birinci liqasında 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçular - Orxan Həsənəliyevlə Vüqar Əsgərovun komandası - "Olayne/Super Nova" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Preilu" ilə qarşılaşıb. Matç futbolçularımızın komandasının böyük hesablı qələbəsi ilə başa çatıb - 5:0. Matçdakı bütün qolların da müəllifi elə start heyətdə meydana çıxan azərbaycanlılar olub. Belə ki, 27-ci dəqiqədə hesabı açan Orxan 57-ci dəqiqədə dublunu rəsmiləşdirib. Vüqarın ayağı isə son 16 dəqiqədə açılıb. O, 74, 75 və 89-cu dəqiqələrdə rəqib qapısına yol tapıb. Əsgərovdan fərqli, Həsənəliyev 78-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, geridə qalan turlarda 4 xal toplayan "Olayne" 15 klub arasında 8-ci pillədə qərarlaşıb.