İsrafilov oynadı, Kordoba Cəfərovun gələcək klubuna uduzdu
Futbol üzrə İspaniyanın ikinci liqasında 36-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kordoba" da növbəti matçına çıxıb.
Futbolçumuzun klubu səfərdə "Real Ovyedo" ilə qarşılaşıb. U-21 yığmamızın və "Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Elnur Cəfərovun müqavilə imzalamağa hazırlaşdığı bu klubla görüş İsrafilovun komandasının məğlubiyyəti ilə başa çatıb - 0:1. Eddi adı bu görüşə start heyətdə başlayıb. Lakin 28-ci dəqiqədə sarı vərəqə alan millimizin üzvü 67-ci dəqiqədə də əvəzlənib.
Qeyd edək ki, "Kordoba" geridə qalan turlarda topladığı 52 xalla 22 komanda arasında 10-cu pillədə qərarlaşıb və bu gedişlə La Liqaya yüksəlmək şansların itirmək üzrədir. Cəfərovun gələcək klubu isə artıq 56 xalla dördüncü pilləyə yüksəlib və elitaya çıxmaq şansını saxlayır.