Samir Abasov: Üzərimizdə bəd dua var
2 may 2016 00:05
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 2:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Bu cür oyunlar da olur. O qədər bəd aura var ki, üzərimizdə, belə də olur. Ötən tur da Gəncə təmsilçisi ilə çoxsaylı qol imkanlarını qaçırdıq. Təki Rauf Əliyevə heç nə olmasın".