Adil Şükürov: Yaxşı oynadıq
1 may 2016 21:30
"Zirə"nin baş məşqçisi Adil Şükürov Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"İlk növbədə azarkeşlərimizi təbrik etmək istəyirəm. Onlar həmişə möhtəşəm olublar. İndiyə qədər heç bir yeni yaranan komanda güclü rəqibinə qarşı belə yaxşı oynamamışdı. Futbolçularımızın öhdəsindən gələ bilmədiyi bəzi vəziyyətlər oldu. Amma bütövlükdə çox yaxşı oynadıq". (CBC)