Vəli Qasımov: Çempionatla kuboka fərq qoymuruq
1 may 2016 18:30
"Neftçi"nin baş məşqçisi Vəli Qasımov Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Uşaqlar yaxşı oyun sərgiləmək üçün var güclərini sərf etdilər. Amma təbii ki, 7-ci pillədə qərarlaşarkən futbolçu özünə inamı itirir. Buna baxmayaraq, komandamız yaxşı futbol sərgiləyir. İki cəbhədə mübarizə aparırıq. Hansısa turnirə daha çox üstünlük verdiyimizi deməzdim. Qarşıda "Qəbələ" ilə daha bir oyunumuz var. Kubokun yarımfinalındakı cavab matçında da uğur qazanmaq istəyirik". (CBC)