Rauf Əliyev xəstəxanalıq oldu
"İnter"in hücumçusu Rauf Əliyev Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirilən matçın son dəqiqələrində ağır zədə alıb. Azerisport.az xəbər vrir ki, matça əlavə olunan dəqiqələrdə rəqibin cərimə meydançasında müdafiəçi Cəmil Hacıyevin ayaqla zərbəsi onun başına tuş gəlib.
Nəticədə, Rauf huşsuz şəkildə cərimə meydançasında yerdə qalıb. Nəticədə, dərhal qazona təcili yardım maşını gətirilib. Hücumçu təcili şəkildə xəstəxanaya aparılıb. Hələlik, onun vəziyyətinin nə dərəcədə ciddi olduğu bilinmir.
Qeyd edək ki, bu epizoda görə Hacıyev qırmızı vərəqə ilə meydandan qovulub və "Sumqayıt"ın qapısına penalti təyin olunub. Penaltini yerinə yetirən Nika Kvekveskirinin zərbəsini qapıçı dəf etsə də, gürcü yarımmüdafiəçi təkrar cəhddə komandasını məğlubiyyətdən xilas edib - 2:2.