Nodar Məmmədov: AZAL-la oyun ən azı heç-heçə bitməli idi
1 may 2016 17:00
"Xəzər Lənkəran"ın müdafiəçisi Nodar Məmmədov Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində AZAL-a 0:1 hesabıyla uduzduqları oyununu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Özünüz də birinci hissədə nə qədər qol epizodu yaratdığımızı gördünüz. Sadəcə, onları qola çevirə bilmədik. Bütün komponentlərdə rəqibdən üstün idik. Amma komandada nə baş verir, bilmirəm. Hər oyunda azı üç qol vəziyyətimiz olur, lakin onlardan yararlana bilmirik. Yenə bəxtimiz gətirmədi. Mənə elə gəlir ki, AZAL-la oyun heç-heçə bitməli idi. Rəqibin iki qol şansı oldu, birindən yarlandı. Qarşıda bizi daha dörd oyun gözləyir. Qələbə qazanmağımız lazımdır. "Kəpəz" yaxşı komandadır. Amma biz də qələbəyə oynayacağıq".