Rail Məlikov: Avrokubokun iyini hiss edirik
1 may 2016 00:50
AZAL-ın kapitanı Rail Məlikov Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Avrokubokların iyini hiss edirik. Bizim çoxlu gənc futbolçumuz var. Onların çoxu hələ bunu yaxşı başa düşmür. Hər məşqdən öncə onlara deyirəm ki, bunların hamısını vaxtilə görmüşəm və bu, sizin üçün də bir şansdır. Bu, onlar üçün stimul olmalıdır. Tədricən onlar da nə uğrunda mübarizə apardıqlarını dərk edirlər".