Samir Məsimov oynamadı, Domjale xal itirdi
1 may 2016 00:40
Sloveniya çempionatında 32-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası - "Domjale" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Krka" ilə qarşılaşıb. Matç heç-heçə başa çatıb - 1:1. Məsimovun adı bu görüşün iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Domjale" geridə qalan turlarda topladığı 50 xalla üçüncü pillədə qərarlaşıb.