Kəpəz Gəncədə məşq etdi
30 aprel 2016 01:00
Bu gün Topaz Premyer Liqasında 32-ci turun oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki turun açılış matçı Gəncədə keçiriləcək. “Kəpəz” doğma divarlar arasında “Rəvan”ı qəbul edəcək.
“Sarı-göylər” çempionatın autsayderinə qarşı matçın hazırlığını tamamlayıb. Komandanın oyun öncəsi məşqi görüşün keçiriləcəyi şəhər stadionunda olub.
Bakılılarla matça həftə boyunca paytaxtda hazırlaşan Gəncə klubunun heyətində itkilər var. Dario Frederiko zədəli, Kərim Diniyev isə cəzalı olduğu üçün qarşıdakı oyunda forma geyinə bilməyəcək. Onların yoxluğunda əvvəlki iki qarşılaşmada “Kəpəz”ə kömək edə bilməyən Namiq Ələsgərov sıraya dönüb. Yarımmüdafiəçinin zədəsi sağaldığından o, “Rəvan” ilə görüşdə meydana çıxacaq. (klub saytı)