Gələcəyin neftçiləri Stadium Tourda
30 aprel 2016 17:00
“Stadium Tour” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Azerisport.az xəbər verir ki, layihənin qonaqları Bakı Ali Neft Məktəbinin tələbələrindən ibarət qrup olub.
Qonaqlara ilk olaraq “Bakcell Arena” haqqında məlumat verilib. Daha sonra tur iştirakçıları stadionun media mərkəzində yaradılmış şərait və mətbuat zalı ilə tanış olublar. Burada tələbələrə “Neftçi”nin forma və şərfləri hədiyyə olunub. Mərkəzi “Skybox”ları gəzən qonaqlara komandamızın paltardəyişmə otağı və stadionun “VIP lounge” bölməsi də göstərilib. Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib. (klub saytı)