Belçika Azərbaycana səfər öncəsi Genti darmadağın etdi
30 aprel 2016 12:30
Belçikanın U-17 yığma komandası Azərbaycanda keçiriləcək AÇ-2016 öncəsi yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, A qrupunda millimizin rəqibi olan bu komanda yerli "Gent" klubunun U-21-i ilə qarşılaşıb.
Matç Belçika yığmasının 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Belçika yığmasından əlavə, Azərbaycan millisinin qrupunda Portuqaliya və Şotlandiya da var.