Bəhmən Həsənov: Kəpəzlə oyunda nə iləsə yadda qalmaq istəyirik
30 aprel 2016 11:30
"Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Rəqib də bizim kimi, bu oyuna ciddi hazırlaşıb. Hər iki komandanın xala ehtiyacı var. Amma biz elitada qalmaq üçün mübarizəmizi sonadək davam etdirəcəyik. Buna görə də uduzmaq istəmirik. Ən azından bir xalla qayıtmaq istəyirik. Həmçinin bu oyunda nə iləsə yadda qalmaq istəyirik. Heyətlə bağlı itkilərimiz var. Amma biz buna alışmışıq. Ehtiyat qüvvədən yararlanmağa çalışacağıq".