İlqar Qurbanov: 4:0 bizim üçün də sürpriz oldu
"Qarabağ"ın müdafiəçisi İlqar Qurbanov Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "İnter"ə qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Belə böyük hesabla qalib gəlsək də, çətin oyun oldu. "İnter" yaxşı müdafiə olunur. 4:0 bizim üçün də sürpriz oldu. Rəqib meydanında bu qədər qol vurmaq xoşdur. Matçı analiz edib, səhvlərimizi görəcəyik. Final barədə danışmaq istəmirəm. Hələ qarşıda cavab oyunu var. Futbolda hər şey mümkündür. Cavab matçında da qalib gələk, ondan sonra final barədə danışarıq. Etiraf edim ki, bu oyunda meydana çıxacağımı gözləmirdim. Maksim Medvedev oynamalı idi. Amma o, matçın əvvəlində zədə aldığına görə, mənə şans verdilər. Bir ay idi oynamırdım deyə, şansımı gözləyirdim".