Elbrus Məmmədov: Bizim üçün hər xal qızıla bərabərdir
30 aprel 2016 00:10
"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində AZAL-a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Heyətdə bir iktimiz var. İlyas Səfərzadə xəstələndiyinə görə bu görüşdə bizə kömək edə bilməyəcək. Mövsümün sonu olduğundan hər xal bizim üçün qızıla bərabərdir. AZAL öz meydanında uğurlu çıxış edir. Liderlərin hamısı orada xal itirib. Biz çempionatın formatının dəyişəcəyinə və ya divizion klublarının lisenziya ala bilməməsinə bel bağlaya bilmərik. Öz taleyimizi öz gücümüz sayəsində həll etməliyik".