Ukrayna və İngiltərə yığmaları Bakıya gəldi
29 aprel 2016 21:00
UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turnirində çıxış edəcək ilk iki komanda bu gün Bakıya gəlib. Azerisport.az xəbər verir ki, daha öncə B qrupunda Avstriya, Bosniya-Herseqovina və Almaniya ilə bir qrupda yarışacaq Ukrayna yığması paytaxtımıza qədəm basıb.
Axşam saatlarında isə Fransa, Danimarka və İsveç komandalarıyla birgə C qrupunda mübarizə aparacaq İngiltərə yığması paytaxtımıza gəlib.
Ukrayna yığmasının gəlişindən videoreportajı, ingilislərin gəlişindən isə fotoreportajı təqdim edirik: