Xaqani Məmmədov: Roman Qriqorçuk elə ədalətlidirsə...
29 aprel 2016 18:45
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov "Qəbələ"nin baş məşqçisi Xaqani Məmmədovun ittihamlarına cavab verib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Futbolçu boş qapıya qol vura bilmir, jurnalistlər bunu müzakirə etmirlər. Amma hakimin bircə səhvi olan kimi müzakirəyə çıxarılır. Heç hakim barəsində də danışmırlar, birbaşa Xaqani Məmmədovu yada salırlar. Roman Qriqorçuk elə obyektivdirsə, "Neftçi"nin qapısına penalti təyin olunanda niyə onun vicdanı oyanmadı? Ədalətli insandırsa, düzünü desin. Bəli, Əliyar Ağayev üçün mövsüm yaxşı keçmir. Amma onun Avropa Liqasının oyunlarında aldığı yüksək qiymət çox şeydən xəbər verir. O, Premyer Liqada ən çətin oyunlara təyinat alan iki hakimdən biridir".