Əliyar Ağayev: Evdə təkrara baxanda şoka düşdüm
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Neftçi" və "Qəbələ" arasında keçirilmiş ilk oyundakı səhvini (1:1) şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Mənə bu barədə danışmaq çətindir. Belə səhvlərə yol verməməliyəm. Mövqeyim əla idi və epizodu görürdüm. Amma matçdan sonra Xaqani Məmmədov səhvə yol verdiyimi dedi. Evdə epizodun təkrarına baxanda şoka düşdüm. Artıq heç nəyi dəyişmək olmaz. Üzr istəmək zəiflik əlaməti deyil. Mən bu mövsüm az səhv buraxmamışam. Buna görə cəzamı çəkməyə də hazıram. Bu, mənim üçün öz üzərimdə daha çox çalışmaq üçün stimul olar. Belə səhvləri və tənqidləri qəbul etmək çətindir. Xüsusilə də tənqidlər bəzən təhqirə keçəndə. Bundan sonra səhv etməyəcəyimə söz verə bilmərəm. Bunu ümumiyyətlə heç bir hakim iddia edə bilməz. Amma dəqiq deyirəm ki, qeyri-obyektivlik olmayacaq".