"3-cü yer uğrunda mübarizədə komandaların fiziki hazırlığı həlledici rol oynayacaq"
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində "Rəvan"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Kimsə bizi asan oyun gözlədiyini düşünürsə, böyük yanlışlığa yol verir. Bu, ən çətin oyunlarımızdan biri olacaq. Rəqibə də bizim kimi xal və xallar çox lazımdır. Biz rəqibi turnir cədvəlindəki mövqeyinə görə qiymətləndirmirik. Onların oyununa baxırıq. "Rəvan" yaxşı oyun sərgiləyir. Hazırda turnir cədvəlinə əsasən üçüncü yer uğrunda "Kəpəz", "İnter" və "Qəbələ"nin mübarizə apardığını demək olar. Lakin üç xallıq sistemlə qarşıda hələ beş oyun qaldığını nəzərə alsaq, bu rəqabətə digər komandalardan da qoşulanlar ola bilər. Məncə, üçüncü yer uğrunda mübarizədə komandaların fiziki hazırlığı həlledici rol oynayacaq".