AZAL-ın daha bir futbolçusu üçün mövsüm erkən bitdi
29 aprel 2016 14:40
Ötən həftə keçirilən “Rəvan” - AZAL oyununda zədələnərək meydançanı tərk edən qonaq komandanın futbolçusu Kamal Mirzəyev üçün mövsümü bitmiş saymaq olar. Azerisport.az xəbər verir ki, həkim müayinəsində keçirilən yarımmüdafiəçi çempionatın sonuna qədər məşqlərə çıxa bilməyəcək.
Sağ ayağının pəncə sümüyündə çat aşkar olunduğu üçün Kamalın ayağı gipsə salınıb. Klub həkimlərinin bildirdiyinə görə, futbolçu yalnız 3 həftədən sonra gipsdən azad olunacaq. (klub saytı)
Xatırladaq ki, AZAL-da daha öncə Taqim Novruzov belə ciddi zədə alaraq, mövsümü erkən başa vurmaq məcburiyyətində qalmışdı.