Qriqorkuk: Kubanla danışıq aparsaydım, Qəbələ rəhbərliyi bunu bilərdi
29 aprel 2016 13:40
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Rusiyanın "Kuban" klubu ilə danışıq aparması barədə yayılan xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Sizə öncə onu deyim ki, mən klub rəhbərliyinə böyük hörmətlə yanaşıram. "Kuban"la danışıq aparsaydım, "Qəbələ" rəhbərliyinin bundan xəbəri olardı. Belə münasibətlərdə mən layiqli davranıram".