Dodo: Panatinaikosdan heç bir təklif almamışam
29 aprel 2016 13:20
"Qəbələ"nin yarımmüdafiəçisi Dodo Yunanıstanın "Panatinaikos" klubunun onunla maraqlanması barədə xəbərlərə şərh verib. Azerisport.az xəbər verir ki, braziliyalı futbolçu sözügedən ölkə mətbuatına açıqlamasında bunları söyləyib:
"Son zamanlar mən nələrin baş verdiyini xüsusi izləyə bilmirdim. Çünki Braziliyada idim. Bu barədə heç nə bilmirəm. Çünki "Panatinaikos"dan mənə heç bir təklif gəlməyib. Gələcək karyeramın necə olacağını hələ bilmirəm. Mənə bir qədər üzücüdür. Çünki uzun müddətdir oynamıram. Hansısa təklif gəlsə, ona baxmaq olar". (gazzetta.gr)