Emin Nurinin komandası bir xalla kifayətləndi
29 aprel 2016 01:00
İsveç çempionatında 6-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası - "Kalmar" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Sundsvall" ilə qarşılaşıb. Matç heç-heçə başa çatıb - 1:1.
Qeyd edək ki, Emin bu görüşün start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.
"Kalmar" geridə qalan turlarda topladığı 5 xalla 16 klub arasında 14-cü pillədə qərarlaşıb.