Qəbələnin zədəliləri sıraya dönür
28 aprel 2016 17:40
"Qəbələ" Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində qarşılaşacağı "Neftçi" ilə oyunun hazırlığına start verib. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisinin heyətində Ermin Zets, Sergey Zenyov və Dodo zədəli olduğu üçün hələlik, fərdi qaydada məşq edirlər.
Amma istisna deyil ki, onlar qarşıdakı oyuna qədər tam hazır olsunlar. Onların durumuna oyun günü tam aydınlıq gələcək.
Qeyd edək ki, "Qəbələ" - "Neftçi" matçı mayın 1-də keçiriləcək və saat 16:30-da start götürəcək.