Dodo: Qəbələ mən istəyəni verməsə, gedəcəyəm
28 aprel 2016 16:20
"Qəbələ"nin braziliyalı yarımmüdafiəçisi Dodo Yunanıstanın "Panatinaikos" klubuna keçəcəyi barədə xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Son dövrlər bu barədə mənə tez-tez suallar verirlər. Mövsümün sonunda mənim "Qəbələ" ilə müqaviləmin müddəti başa çatacaq. Şübhəsiz ki, yeni müqavilə ilə bağlı söhbətimiz olacaq. Lakin klub mənim istədiyimi verməsə, gedəcəyəm. Yaxşı oyun sərgiləyən futbolçu indikindən daha çoxuna layiqdirsə, onu da almalıdır".