Məşqçilər Komitəsi paytaxt təmsilçiləri ilə görüşüb
28 aprel 2016 16:00
Bu gün AFFA-nın Məşqçilər Komitəsinin üzvləri “Bakı” Futbol Klubunun Təlim-Məşq Bazasında Birinci Divizionda çıxış edən paytaxt klublarının nümayəndələri ilə görüş keçiriblər. Azerisport.az xəbər verir ki, görüşdə Birinci Divizionla bağlı müzakirələr aparılıb, klub nümayəndələrinin fikirləri və təklifləri dinlənilib.