Panatinaikos nə təkzib, nə də təsdiq etdi
Yunanıstan mətbuatı bir neçə gündür ki, "Qəbələ"nin yarımmüdafiəçisi Dodonun bu ölkənin "Panatinaikos" klubuna keçəcəyi barədə xəbərlər yayır. Azerisport.az xəbər verir ki, Yunanıstanın "Goal" nəşri sözügedən klubla əlaqə saxlayıb, xəbərin nə dərəcədə həqiqətəuyğun olduğunu araşdırmağa çalışıb.
"Panatinaikos" rəsmiləri bu xəbəri nə təkzib, nə də təsdiq ediblər. Dodonun "Qəbələ" ilə müqaviləsinin müddəti yayda başa çatacaq. Bu üzdən də onun Azərbaycanı tərk edəcəyinə dair ehtimallar artıb. Baxmayaraq ki, "Qəbələ"nin Dodo ilə müqavilənin müddətini artırmaq hüququ var.
Maraq üçün xatırladaq ki, Dodo bu mövsüm Avropa Liqasının pley-off mərhələsi çərçivəsində məhz "Panatinaikos"un qapısına vurduğu iki qolla bu komandanı qrup mərhələsinə çıxmağa qoymamışdı.