Muarem Muarem: 4:0 yaxşı üstünlük olsa da, qarşıda hələ 90 dəqiqə var
28 aprel 2016 15:20
"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muarem Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "İnter"ə qarşı keçirdikləri ilk oyunu (4:0) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Şadam ki, ilk oyunda belə əla qələbə qazandıq. Bu, cavab matçı öncəsi yaxşı üstünlükdür. Amma unutmaq olmaz ki, qarşıda hələ daha bir 90 dəqiqə var. Allah eləsin ki, cavab matçında da üstün olaq və finala çıxaq. Bu görüşdə aldığım zədəyə gəlincə, nə dərəcədə ciddi olduğunu hələ bilmirəm. Dəqiq diaqnozu sonra biləcəyəm. Həkimlərin tələbini yerinə yetirmək və tezliklə sıraya dönmək istəyirəm. Onların müayinəsindən sonra "Zirə"yə qarşı oynayıb-oynamayacağımı biləcəyəm. Ümid edirəm ki, ciddi heç nə olmaz".