Frozinenin müdafiəçisi: Mənə Azərbaycandan təklif gəlməyib
28 aprel 2016 14:00
İtaliyanın "Frozinone" klubunun müdafiəçisi Vasili Priyma "Qəbələ" ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ" barədə məlumatım var, amma elə də çox deyil. Komandanın baş məşqçisi Roman Qriqorçuku isə yaxşı tanıyıram. Orada ukraynalı futbolçuların çıxış etdiyini də bilirəm. Onların hamısı yaxşı futbolçdur. Mənə gəlincə, düzünü deyim ki, Azərbaycandan heç bir təklif almamışam. Onların hamısına "Qəbələ" ilə uğur qazanmağı arzulayıram. Komandanın bu mövsüm Avropa Liqasının qrup mərhələsində çıxış etdiyini bilirəm. Matçlara baxmasam da, epizodlarını izləmişəm. Fikrimcə, Qriqorçuk "Qəbələ" ilə Azərbaycana bayram hədiyyə etdi. Ukraynada etdiyini Azərbaycanda da təkrarladı".