Fotoreportaj|Video|На русском

Futbol

Rəşad Sadıqov: Qarabağ cavab matçında da öz oyununu oynayacaq

28 aprel 2016 13:20

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi təcrübəli müdafiəçinin fikirləri ilə tanış edir:

- Artıq finalda olduğunuzu demək olar?
- Bu sualı gözləyirdim. Əlbəttə, böyük hesabla qalib gəldiyimizə görə finala xeyli yaxınlaşdıq. Amma futbol arxayınlığı sevmir. Ona görə də sonadək mübarizə aparmaq lazımdır. Qarşıda cavab matçı var.

- Maraqlıdır ki, "Qarabağ" bu cür qələbəni elə də çox güc sərf etmədən qazandı...
- Hesab böyük olsa da, oyun ağır keçdi. Çempionatın son turunda da "İnter"lə qarşılaşmışdıq. Onlar bizim oyunu yaxşı analiz etmişdilər. Hücumlar qurmaqda çətinlik çəkirdik. Qurban Qurbanov bizə daha yaxşı oynamağı tapşırdı. Sonda istədiyimiz nəticəyə nail ola bildik.

- "Qarabağ"ın prezidenti Tahir Gözəl də komandanızın bu gün istənilən səviyyədə oynamadığını vurğuladı...
- Bu fikirlə tamamilə razıyam. Kubok oyunlarında qol buraxmaqdan qalib gəlmək vacibdir. İlk iki qolu yaxşı kombinasiya yaratmaqla vurduq. Həm də "İnter" güclü rəqibdir. Buna görə də ehtiyatlı oynamağa çalışırdıq. Düşünürdük ki, rəqib qol vursa, müdafiədə oturacaq.

- Cavab matçında üstünlüyünüzü qorumağa çalışacaqsınız, ya hesab arasındakı fərqi daha da artırmağa?
- Biz yenə də öz futbolumuzu oynayacağıq. "Qarabağ"da çıxış etmək böyük şərəfdir. Bizi bu qədər azarkeş dəstəkləyir. Başqa cür edə də bilmərik.

- Qarşıda sizi "Zirə" ilə həlledici əhəmiyyət daşıyan çempionat matçı gözləyir. Çempionluğu təmin edə biləcəksiniz?
- Bunu gözəl başa düşürük. Yaxşı oyun sərgiləyib, qələbə qazanmağa və çempionluğu təmin etməyə çalışacağıq.

- "Bankirlər"in heyətində vaxtilə sizinlə birgə çıxış edən Rauf Əliyev və Vüqar Nadirov çıxış edirdi. Onlar yəqin ki, "Qarabağ"a qol vurmağı çox istəyirdi. Hətta epizodların birində sizin Nadirovla "söhbətiniz" də düşdü...
- Onların hər ikisi bilir ki, mənim üçün əzizdilər. Mənim üçün də sevindirici haldır ki, onların hər ikisi start heyətdə meydana çıxmışdılar və yaxşı mübarizə apardılar. Onların oynaması Azərbaycan yığması üçün də faydalıdır. Qol da vura bilərdilər. Şansları da oldu. Amma qapıçımız yaxşı oynadı.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah