Rəşad Sadıqovdan əsgərlərə dəstək: Daim onlarlayıq
28 aprel 2016 13:00
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov ermənilərin son günlər yenidən cəbhə xəttində fəallaşmasına dair fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bütün fikrimiz əsgərlərimizin yanındadır. Onlar düşmənə layiqli cavab verirlər. Biz də lazım gələrsə, təkcə sözdə yox, əməldə onlara qoşulmağa hazırıq. Bizim aramızda heç bir fərq yoxdur. Daim onların yanındayıq".