Rəhman Hacıyev: Hakimin penaltini necə görmədiyini bilmirəm
28 aprel 2016 00:20
"Neftçi"nin yarımmüdafiəçisi Rəhman Hacıyev Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri ilk oyunu (1:1) şərh edib. Azerisport.az xəbər verir ki, komandasının yeganə qoluna imza atan futbolçu bunları söyləyib:
"Oyuna çox pis başladıq. Yalnız buraxılan qoldan sonra ayıldıq. Hər iki komandanın qol vurmaq üçün şansları oldu. Bir epizodda penalti də var idi. Hakimin həmin epizodu necə görmədiyini bilmirəm. Öz meydanımızda oynadığımız üçün qol vurmaq, qələbə qazanmaq istəyirdik. Artıq qarşıdakı oyunlara hazırlaşmalıyıq". (CBC)