Rəşad Sadıqov: Bu qələbə bizi finala xeyli yaxınlaşdırdı
28 aprel 2016 00:10
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "İnter"ə qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, Ağdam klubunun lideri 4:0 hesablı qələbəni belə şərh edib:
"Əlbəttə, böyük hesablı qələbə bizi finala xeyli yaxınlaşdırdı. Amma bu hesaba baxmayaraq, çətin oyun alındı. "İnter" bundan əvvəlki çempionat oyunundan sonra bizi yaxşı analiz etmişdi. Bu üzdən də hücumların qurulmasından çətinlik çəkirdik. Qurban Qurbanov bizdən daha yaxşı oynamağı tələb etdi və sonda istədiyimiz nəticəni qazana bildik".