Fotoreportaj|Video|На русском

Futbol

Tadas Simaitis: Rəqibin adı, mövqeyi yox, gücü əsasdır

27 aprel 2016 15:20

Azerisport.az sizi “Kəpəz”in əsas komandasının qapıçısı Tadas Simaitisin müsahibəsi ilə tanış edir.

- Tadas, əvvəlcə “Sumqayıt” ilə oyun haqda fikirlərini öyrənək...
- Yaxşı mübarizəli oyun oldu. Hər iki komanda fərqlənmək üçün çoxlu sayda qol imkanı yaratdı. Amma ələ düşən fürsətlərdən biz daha yaxşı istifadə edib rəqib üzərində qələbə qazandıq. Qalib gəlmək bizim üçün çox vacib idi. 3 xala ehtiyacımız vardı. Şadam ki, qarşıya qoyulan tapşırığı komanda yoldaşlarımla birgə yerinə yetirə bildik. İrəliyə baxmaq lazımdır.

- Oyun ərzində bir neçə epizodda komandanı real qoldan xilas etdin. Öz oyunun haqda nə deyə bilərsən?
- Qolkiper çərçivəyə ən yaxın futbolçudur, qapını qorumaq da ən çox onun üzərindədir. Qol buraxmamaq üçün əlimdən gələni etdim, bəzən alındı, bəzən isə yox. Qolkiperin işi çox çətindir, bir oyunda komandanı xilas edib qəhrəman olursan, o biri matçda qol buraxıb antiqəhrəman sayılırsan (gülümsəyir).

- Çempionatın başa çatmasına 5 tur qalıb. Nəyə ümid etmək olar?
- İlk növbədə medal qazanmaq lazımdır. Mövsümü mükafatla başa vurmaq əla olar. Hamımız bunun reallaşması üçün çalışırıq, məqsədimiz eynidir. Hər şeyə mövsümün sonunda aydınlıq gələcək. Avropa Liqasına vəsiqə qazanmağımız da pis nəticə olmayacaq. İndidən rahatlaşmaq olmaz, çətin oyunlar hələ qabaqdadır. Sona kimi mübarizə aparmalıyıq.

- Qarşıdakı turda “Rəvan”ı qəbul edəcəyik. Rəqib autsayder olsa da, iddialı komandalara badalaq vurmaq gücündədir. Sən necə düşünürsən?
- Rəqiblər arasında fərq yoxdur. Premyer Liqada çıxış edən bütün komandalar bir-birilərinə güc gələ bilirlər. “Rəvan”ın turnir cədvəlində sonuncu pillədə olması bizi aldatmamalıdır. Mənim kimi, uşaqlar da yaxşı başa düşür ki, çətin oyun olacaq. Hamımız bakılılarla görüşə ciddi yanaşmalı və səylə hazırlaşmalıyıq. Arxayınlaşmaq olmaz. Rəqibin adı, mövqeyi yox, gücü əsasdır. “Qarabağ”a qarşı oyunlara necə hazırlaşmışıqsa, “Rəvan” ilə matça da elə köklənməliyik.

- “Kəpəz” hər dəfə meydana tam heyətlə çıxa bilmir. Kimsə cəza və ya zədəyə görə oyunu buraxmalı olur. Bu nə dərəcədə oyununuza təsir edir?
- Əlbəttə, bu təsirsiz ötüşmür. Çempionat uzun yarışdır. Hansısa futbolçunun zədə alması və ya cəzalı olması normal haldır. Amma nəzərə almalıyıq ki, bizim ehtiyat oyunçular skamyası elə də geniş deyil. Son iki görüşdə Namiq Ələsgərov bizə kömək edə bilmədi. O, komandamızın aparıcı futbolçusudur. İndi də Kərim Diniyev vərəqə limitinə görə “Rəvan” ilə görüşü buraxacaq.

- Mövsüm başlayandan bütün oyunlarda əsas heyətdə sən meydana çıxmısan, yorğunluq var?
- Elə də yox. Özümü yaxşı hiss edirəm. Düzdür, hərdən ağrıyan yerlərim olur, amma buna fikir verməməyə çalışıram. Hər oyunda komandama kömək etməyə çalışıram. Bu, nə dərəcədə alınır, bunu baş məşqçimiz və kənardakılar deyə bilər. “Kəpəz”də olduğum üçün xoşbəxtəm, mövsümü yüksək notlarla başa vurmağa çalışacağam. (klub saytı)

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah