Neftçi ispanlardan imtina edir
26 aprel 2016 15:00
"Neftçi" növbəti mövsüm üçün heyətinə əl gəzdirməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, paytaxt klubu artıq mövsüm bitən kimi yollarını ayıracağı iki futbolçunu müəyyənləşdirib.
Bunlar ümidləri doğrultmayan ispaniyalı futbolçular - Xuan Alberto Melli və Anyetedir. Amma bu iki futbolçu ilə yanaşı daha bir neçə oyunçunun göndərilməsi nəzərdə tutulub. Klub rəhbərliyi onların kimliyinə mövsüm bitəndən sonra aydınlıq gətirəcək.