Mirzəbəyov: Sumqayıt son iki matçda uduzduğundan bizə qarşı xüsusi hazırlaşacaq
14 fevral 2016 14:30
"Qəbələ"nin müdafiəçisi Məhəmməd Mirzəbəyov Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Sumqayıt" çox yaxşı rəqibdir. Həmişə sonadək mübarizə aparırlar. Buna görə də bizə asan olmayacaq. Onu da nəzərə almaq lazımdır ki, bu komanda son iki oyununda uduzub. Deməli, bizə qarşı xüsusi hazırlaşacaqlar. Ümid edirəm ki, hər şey plan üzrə alınacaq və biz qələbə qazanacağıq. Mən vaxtilə "Sumqayıt"da oynadığımı unutmuram. Orada da, "İnter"də də xeyli yaxşı oyunlarım olub".